İngiltərə Futbol Federasiyası "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin cəzalanmasına İngiltərə Premyer Liqasının son turunun "Vest Hem”lə ev oyununun (1:1) 27-ci dəqiqəsində hakimin Poqbaya sarı vərəqə göstərməsinə sərt etiraz etməsi səbəb olub.
Mourinyo oyun zamanı bu hərəkətinə görə matçın baş hakimi tərəfindən texniki zonadan uzaqlaşdırılıb.
Federasiya çalışdırıcını 1 oyun texniki zonadan kənarlaşdırma və 16 min funt-sterlinq məbləğində cəza kəsib. Mourinyo "Vest Hem”ə qarşı "Old Trafford”da keçiriləcək kubok oyununu buraxmalı olacaq.