Çinin “Şanxay Şenxua” klubu “Çelsi”nin müdafiəçisi Con Terrini transfer etməkdə israrlıdı.
Sportal.az xəbər verir ki, Çin klubu ingilis futbolçuya rəsmi təklif göndərib. Şanxay təmsilçisi təcrübəli futbolçuya ildə 8 milyon avro məvacib verməyə hazırdı.
Qeyd edək ki, “Çelsi”ylə müqaviləsi 2017-ci ilin yayında başa çatacaq 35 yaşlı müdafiəçiyə zadəganlar yeni sözləşmə təklif etməyib.
saytlarin hazirlanmasi