"Lester" 19 yaşlı müdafiəçi transfer edir

18:09 - 1 Dekabr 2016

Son İngiltərə çempionu "Lester”in qış transfer dönəmində heyətinə qatacağı futbolçulardan birinin adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, söhbət Belçikanın "Genk” klubunda forma geyinən Vilfred Ndididən gedir. 
 
İngiltərə mətbuatında yer alan xəbərə görə, artıq 19 yaşlı nigeriyalı müdafiəçi ilə danışıqlara start  verilib. "Tülkülər”in Nigeriya millisinin üzvü üçün "Genk”ə 14 milyon funt-sterlinq ödəyəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Ndidi "Genk”in yetirməsidi. O, 2015-ci ildən əsas komandada çıxış edir. 

Xəbər xətti