"Mançester Siti"nin "Torino"da icarə əsasında forma geyinən qapıçısı Co Hart komandanın çalışdırıcısı Pep Qvardiola və futbolçusu Yaya Ture haqqında fikir bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper açıqlmasında bunları söyləyib:
"Hazırda komandada vəziyyətin yaxşı olduğunu düşünürəm. Bu Qvardiola üçün böyük nəticədir. Komandada ciddi çevriliş edib. Yaya Ture isə bu klubun xüsusi futbolçusudur. Mən onunla uzun zaman bərabər çalışmışam. Liqanı və oyunları qazanmaq bacarığına malik bir oyunçudur".
saytlarin hazirlanmasi