Futbolçunu vuran hakimin cəzası açıqlandı

13:45 - 2 Fevral 2018

Fransa Futbol Federasiyası Liqa 1-də 20-ci turunun "Nant" - PSJ oyununun (0:1) baş hakimi Toni Şapronun cəzasını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, matçın sonlarında meydan sahiblərinin müdafiəçisi Dieqo Karlosu vuran, daha sonra isə ikinci sarı vərəqə ilə meydandan qovan referi 3 aylıq cəzalandırılıb. Şapron bu müddət ərzində oyunlara təyinat almayacaq.

Xəbər xətti