"Monako" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, Liqa 1-də "Lion"la matçda zədələnən komandanın hücumçusu Radamel Falkaonun durumu müəyyənləşib. Müayinədən keçən 31 yaşlı forvardın 2-3 həftəlik sıradan çıxdığı bəlli olub.
Qeyd edək ki, Kolumbiya millisinin üzvü bu mövsüm keçirdiyi 29 oyundan sonra 23 qol vurub.
saytlarin hazirlanmasi