"Qarabağ"ın sabiq futbolçusu, Fransanın III Liqa klubunda top qovan Əlhərbi Əl Jadeyui Ağdam klubu haqda danışıb.
Sportal.az xəbər verir ki, Fransa mətbuatına (madeinlens) danışan mərakeşli futbolçu "Qarabağ"ı karyerasındakı ən yaxşı klub adlandırıb:
"Qarabağ" karyeramın ən yaxşı komandasıdır. Azərbaycana getməklə əcnəbi həyatı yaşadım və gözlərim açıldı. Avropa Liqasının qrup mərhələsində, Çempionlar Liqasının təsnifat mərhələlərində çıxış etməklə təcrübəmi artırdım. Bir insan kimi orada çox dəyişdim və müsbət yöndə inkişaf etdim. "Qarabağ"a yeni gedəndə ingilis dilində bir söz belə olsun bilmirdim".
2016-cı ildə "Qarabağ"dan ayrıldıqdan sonra Tailandın "Ratçaburi" klubuna keçən 31 yaşlı yarımmüdafiəçi burada təəccübləndiyini deyib: "Tailand ekzotik ölkədir. Mən sözün yaxşı mənasında təəccübləndim. Tailand futbolunun strukturlaşdırılmış olduğunu düşünməzdim".
Qeyd edək ki, Əlgərbi Əl Jadeyui 2015-ci ildə "Lans"dan "Qarabağ"a keçmişdi.
saytlarin hazirlanmasi