PSJ yenidən Portuqaliya millisinin və "Beşiktaş"ın müdafiəçisi Pepeni transfer hədəfinə alıb.
Sportal.az xəbər verir ki, "L'Equipe" nəşri məlumat dərc edib. Məlumata görə, baş məşqçi Unai Emeri məmun olmadığı Tyaqo Silvanın əvəzinə şans verdiyi Presnel Kimpembedən də istədiyini ala bilməyib. Bu səbəbdən Paris təmsilçi yeni müdafiəçi transferi üçün düyməyə basıb. Radara düşən ilk stopper isə "Beşiktaş"ın futbolçusu Pepedir.
Lakin bu keçid baş tutmaya da bilər. Mövsümün sonunda Paris təmsilçisi ilə müqaviləsi başa çatacaq Emeri ÇL-də "Real" səddini keçə bilməsə, klubdan göndəriləcək.
Qeyd edək ki, 34 yaşlı Pepe ötən yay "Beşiktaş"a "Real"dan azad agent statusuyla keçib.
saytlarin hazirlanmasi