Neymar əməliyyat ediləcək? - Emeridən açıqlama

10:32 - 28 Fevral 2018

PSJ-nin baş məşqçisi Unai Emeri klubun hücumçusu Neymarın zədəsi barədə məlumat verib.

 

Sportal.az xəbər verir ki, Emeri Fransa mətbuatına açıqlamasında braziliyalı futbolçunun əməliyyat olacağı barədə xəbərləri yalanlayıb. Futbolçunun bıçaq altına düşməyəcəyini açıqlayan ispan mütəxəssis Neymarın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab matçında oynamaq şansının az da olsa, qaldığını bildirib.

 

Xatırladaq ki, Neymar ölkə çempionatının “Marsel”lə matçında zədələnib. PSJ martın 6-da ÇL-in 1/8 final mərhələsinin cavab görüşündə "Real"a qarşılaşacaq.

Xəbər xətti