PSJ-nin futbolçusu Neymar yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər.
Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Real"la qarşılaşmada iştirak etsə, karyerasını təhlükə altına atacaq.
"Marsel"lə çempionat oyununda zədələnən və sonradan ayağında qırıq aşkarlanan 26 yaşlı hücumçu 6 həftədən tez yaşıl meydanlara dönə bilməz. Əks təqdirdə, onun zədəsi daha da ağırlaşacaq və futbolçu yayda Rusiyada təşkil ediləcək dünya çempionatında Braziliya millisindən kənarda qala bilər.
Futbolçunun agentliyini edən atası da mətbuata açıqlaması zamanı PSJ rəhbərliyinə xəbərdarlıq edib. O, oğlunun təyin edilən vaxta qədər dönüşünün mümkünsüz olduğunu söyləyib: "Əlbəttə ki, o, "Real"la oyunu buraxacaq. İndiki məqamda başqa cür düşünmək absurddur".
Qeyd edək ki, Madriddə baş tutan ilk oyunda PSJ "Real"a 1:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi