Fransa kubokunun 1/4 finalında elita təmsilçisi "Strasburq"u mübarizədən kənarlaşdıraraq tarix yazan III Liqa klubu "Şambli" klubu şok ölüm xəbəriylə sarsılıb.
Sportal.az xəbər verir ki, 1989-cu ildə komandanı quranlar arasında yer alan Valter Luzinin gözlərini əbədi olaraq yumduğu açıqlanıb. Komandanın fundamentini qoyan Luzi "Şambli"nin elita təmsilçisi "Strasburq"u 1/4 finalda məğlub edərək yarımfinala yüksəldiyi oyundan sonra vəfat edib.
III Liqada çıxış edən "Şambli" tarixində ilk dəfə Fransa Kubokunun yarımfinala adlayıb.
Bu komandanı 1989-cu ildə Valter Luzi övladları Fulvio və Bruno Luzi ilə birgə yaratmışdı.
saytlarin hazirlanmasi