Fransanın PSJ klubunun futbolçusu Neymar əməliyyat olunmaq üçün vətəni Braziliyaya yollanıb.
Sportal.az xəbər verir ki, braziliyalı superulduzun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağına aydınlıq gəlib. Onu əməliyyat edəcək Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın bərpası üçün 3 aya yaxın vaxt lazım gələcəyini deyib.
Qeyd edək ki, Neymar fevralın 25-də Fransa I Liqasında “Marsel”lə (3:0) matçda zədələnib.
saytlarin hazirlanmasi