PSJ-nin futbolçusu Neymar əməliyyat olunub.
Sportal.az xəbər verir ki, əməliyyat Belu-Orizonti qospitalında gerçəkləşib. Əməliyyatı Braziliya yığmasının həkimi Rodriqo Lamar edib.
Əməliyyat uğurlu alınıb. 6 həftədən sonra Neymarın zədəsi ilə bağlı baxış keçiriləcək. Məhz ondan sonra futbolçunun nə vaxt tam bərpa olunacağı bilinəcək.
Neymarın dünya çempionatına qədər tam bərpa olunacağı proqnozlaşdırılır.
saytlarin hazirlanmasi