PSJ-nin braziliyalı ulduzu Daniel Alveş 1 gün əvvəl otel otağında ölü tapılan italyan futbolçu David Astorinin ölümü ilə bağlı verdiyi açıqlama ilə hamını təəccübləndirib.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasında “Real”la oyun öncəsi Astorinin ölümünün onlara təsiri barədə verilən sualı belə cavablandırıb:
“Astorinin ölümünə görə üzgün deyilik. Çünki onu çox tanımırdıq. Bu xaotik dünyada edə biləcəyini etdi və indi daha rahat dünyada yaşayacaq. Bu dünyada hər gün yüzlərlə uşaq aclıqdan ölür. Önəmli olan onlardır”.
Bu sözlər azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar futbolçunu “hissiz, qəddar” adlandırıblar.
saytlarin hazirlanmasi