Niderland və Belçika çempionatları birləşdirilir

Niderland və Belçikanın futbol üzrə yüksək liqaları birləşdirilə bilər.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Belçikanın "Brügge" klubunun prezidenti Bert Verhaqe İngiltərə, İspaniya, Almaniya, Fransa, İtaliya çempionatları ilə rəqabət aparmaq üçün yeni turnirin hazırlığına başladıqlarını deyib.

 

Onun sözlərinə görə, Erediviziya və Yupiler Liqa birləşəcək və yeni çempionata "Bene Liqa" adı veriləcək. Yarışda 18 klub iştirak edəcək. 10 komanda Nidelrandı, 8-i isə Belçikanı təmsil edəcək. Son 2 pilləni tutan klub öz ölkəsinin alt liqasına enəcək və əvəzinə yeni komanda elitaya qalxacaq.

 

Yeni turnirlə TV gəlirləri artacaq və Avropanın böyük liqaları ilə rəqabət yaranacaq. Hazırda bu ölkələrin televeziyadan yayım gəliri 80 milyon avrodur. Yeni layihə ilə rəqəmlər 400 milyon avroya çatacaq.

 

Daha öncə 2000-ci ildə Niderland və Belçika liqaları birləşdirilmişdi.

Tarix: 10 Fevral [18:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 May 2020
28  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio