Rusiya mətbuatı Ramilin klubsuz qalmasından yazdı

Rusiyanın sportbox.ru saytı klubsuz olan futbolçuların siyahısını dərc edib.

 

Sportal.az xəbər verir ki, siyahıda Moskva "Dinamo"sundan ayrılan Azərbaycan millisinin üzvü Ramil Şeydayev də yer alıb:

 

"Zenit"in yetirməsinin karyasının daha parlaq inkişafı üçün bütün imkanları var idi. AÇ-2013-ün qalibi, AÇ-2015-in finalçısı 17 və 19 yaşlılardan ibarət komandalarda erkən debüt etdi. Ramil medianın və xarici klubların diqqətini çəkdi.

 

Rusiyada möhkəmlənməyi bacarmadı və "Trabzonspor", "Jilina", "Qarabağ"da oynadı. 2018/19 mövsümündə Rusiyaya qayıtdı. "Krılya Sovetova"da 4 qol vurdu. Daha öncə isə AFFA-nın təklifini qəbul etmişdi.

 

İşləri qaydasına düşdü və "Dinamo" Ramili transfer etdi. Ancaq Moskvada onu başqa bir uğursuzluq gözləyirdi. Cari mövsümdə əvvəlcə oynadı, amma sonra ehtiyat oyunçular skamyasında əyləşdi.

 

Yanvarın əvvəlində "Dinamo" Ramilə təzminat ödəmədən onunla müqaviləni birtərəfli ləğv etdi. Məsələ məhkəməyə qədər uzandı".

Tarix: 11 Fevral [16:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio