Millimizin üzvü: "Avropa çempionatında zəif komanda olmur"

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Bayduk Avropa çempionatına hazırlıq barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

“Avropa çempionatının başlanmasına çox az vaxt qalıb. Hazırlığımız Macarıstanda davam edir. Düşünürəm ki, turnirdə yaxşı oyun göstərəcəyik. Çünki, hazırlığın ilk günündən bizim üçün hər cür şərait yaradılıb. Toplanış müddətində məşqlərlə bərabər, yoxlama oyunları da keçiririk.

 

Hər kəs bizim qrupumuzu ölüm qrupu adlandırır. Düzdür, rəqiblərimiz güclü və təcrübəlidir. Onlara qarşı çıxış etmək çətin olsa da, bir o qədər də maraqlıdır. Avropa çempionatında zəif komanda olmur və hər kəsin məqsədi bu yarışda qalib gəlməkdir".

 

Bayduk bütün rəqiblərin oyun taktikasına bələd olduqlarını söyləyib: "Bir qrupda mübarizə aparacağımız Fransa millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışıq. Həmin yarışda fransızlara məğlub olmuşduq, amma bu gün komandamız daha yaxşı formadadır. Düşünürəm ki, Avropa çempionatında Fransa və Bosniya və Hersegovina yığmalarına qalib gələcəyik. Komandamıza uğurlar arzu edirəm".

Tarix: 5 Avqust [10:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2021
24  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio