Tokio-2020 Yay Olimpiada Oyunlarında güləş yarışları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Turan Bayramov (74 kq) mübarizəyə start verib.
20 yaşlı güləşçimiz ilk görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib - 4:2. Həmyerlimiz 1/4 finalda ikiqat dünya, dördqat Avropa çempionu, Rio Olimpiadasının bürünc medalçısı Frank Çamizo (İtaliya) ilə qarşılaşıb. Bayramov rəqibinə 1:3 hesabı ilə məğlub olub.
İtaliya təmsilçisi növbəti mərhələdə belaruslu güləşçiyə uduzduğu üçün, Bayramov bürünc medal şansını da itirib.