Ramin Quliyev: "Gələn oyunçuların hamısından yaralana bilmirik"

Premyer Liqanın 2-ci turunda səfərdə "Sumqayıt"a uduzan (0:2) "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, oyunla bağlı fikirlərini bölüşüb:

 

- Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Yeni komandamız var. Oyundan oyuna daha yaxşı olacağıq. Əsas heyətin 5 oyunçusu müəyyən səbəblərdən oynamırdı. Ehtiyat oyunçularımızın hamısı gənclər idi. Amma bu məğlubiyyətə səbəb deyil. Vaxta ehtiyacımız var.


- Rəhbəlik sizə vaxt verəcək?
- Bu, rəhbərliyin qərarıdı. Versələr, olacaq, verməslər, olmaycaq. Bu, məndən asılı deyil.

 

 - İlk hissədə hücumla yarımmüdafiə arasında məsafə çox idi. Bu taktiki gediş idi?
- Elə epizodlar olur ki, bizə bunu rəqib məcbur edir. "Sumqayıt" kompakt oynayır. Buna görə də belə genişlik yaranır. Rəqib təşkiltlanmış komandadı. Uzun müddətdi bir yerdə oynayırlar.

 

- Əvvəlki illərə baxanda gedən oyunçuların yerinə az oyunçu gəib. Yeni transferlər gözlənlir?
- Bəli, gedən çox, gələn isə az oldu. Problem odu ki, gələn oyunçuların hamısından yaralana bilmirik. Sebalyosun sənədləri gəlməyib. Bu gün oynamayan 5 futbolçunun hamısı əsas heyət üzvüdü. Məcburiyyətdən əvəzedici heyətdən oyunçu götürürük. Qarşıda 20 günlük fasilə var. Bu vaxtdan yaxşı istifadə etməyə çalışacağıq. Şpiro Periçiç bizimlə 3 gün məşq edib oynadı. Məcburiyyətdən oynadırıq. Əlimizdə olan oyunçuların hamısından istifadə etdik.

 

- Sənəd probleminin günahı kimdədi?
- "Sabah" rəhbərliyinin günahı yoxdu. Keçmiş klublarına bağlı olan problemdi. Xırda məsələlərdi, futbolçunu sifariş edə bilmirik.

 

- Ötən mövsüm də “Sabah” iddiaçılar arasında idi. Ancaq nəticə fərqli oldu.
- Bu heyət mütləq şəkildə avrokuboklarda olacaq. Heyətimiz bunu deməyə imkan verir. Mən olsam da, olmasam da bu, belə olacaq. Biz hələ komandanı tam şəkildə bir yerə yığa bilməmişik.

Tarix: 21 Avqust [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio