"Kəpəz"dən heç-heçə, Abanq divizionda het-trik etdi

Azərbaycan 1-ci divizionunda 2021/22 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Kəpəz” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. Ötən mövsümün qalibi olan “Neftçi”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə ev oyununda məğlubiyyətlə üzləşib.
 

“Keşlə”nin əvəzediciləri isə “Zaqatala” ilə oyunda darmadağına sevinib.
 

14 sentyabr

Birinci divizion
1-ci tur
 
“Kəpəz” – “Qəbələ-2” - 0:0
Hakimlər:
Rəvan Həmzəzadə, Rahil Ramazanov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 16:30.
 

“Neftçi-2” – “Sabah-2” - 1:2
Qollar
: Famil Camalov, 71 – Ceyhun Nuriyev, 45+1. Kamran Quliyev, 90+6-pen.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Tural Qurbanov.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 17:00.
 
“Keşlə-2” – “Zaqatala” -  5:1
Qol:
Anatole Abanq, 17; 35; 61. Fərid Nadirov, 38. Vüsal Qənbərov, 90+2 – X.Bəşirov, 9.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov,  Cavid Cəlilov.
“ASK Arena”, 18:30.

Tarix: 14 Sentyabr [21:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio