Mahir Emreli: "Rusiya klublarından təklifim alsaydım da, bu haqda danışmayacaqdım" - MÜSAHİBƏ

16:54 - 15 Sentyabr 2021

"Legiya"nın hücumçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində "Spartak"a qarşı oyundan əvvəl yerli mətbuata müsahibə verib.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu bu günki görüş barədə danışıb.

- “Spartak”a qarşı oyun haqda nə düşünürsünüz?
- Böyük hadisədi. Görək də necə olacaq. Hansı liqada, hansı rəqibə qarşı oynamağınızdan asılı olmayaraq istənilən matç unikaldı. Hər görüş vacibdi, hər rəqibə qarşı yaxşı hazırlaşmaq lazımdı. Üstəlik də oyundan zövq almaq lazımdı.

- “Legiya”ya keçməmişdən əvvəl adınız Rusiya klubları ilə hallanırdı. Həqiqətən bu ölkənin klublarından təklif almışdınız?
- Xeyr, sadəcə maraq var idi. Hətta Rusiya klublarından təklifim alsaydım da, bu haqda sizə danışmayacaqdım(gülür).

- “Legiya” Avropa Liqasında çətin qrupda yer alıb. 1-ci və 2-ci yerlər uğrunda mübarizə aparmağınız real olduğu qrupda mübarizə aparmaq istəyərdiniz, yoxsa elə hazırki qrupda oynamağa üstünlük verərdiniz?
- İndi heç zəif komanda varki?

- Yəqin ki, Avropa Liqasında yoxdu.
- Kağız üzərində bu və ya digər komanda favorit görünə bilər. Amma oyunda necə olacağı bilinmir. Məsələn, “Flora” ilə oyundan əvvəl hamı düşünürdü ki, biz bu matçda rəqibi məhv edəcəyik.

- Estoniyalılar pis oynamırdı axı...
- Doğrudu. Siz onların necə oynadığını gördünüz. İnanın, futbol dəyişib, hər şey ola bilər. İndi hamı oynaya bilir. Hamı necə müdafiə olunmaq, hücum etmək lazım olduğunu bilir. Sadəcə meydanda yüksək intizamla oynamalısınız. Avropa Liqasında biz “Napoli”, “Lester”, “Spartak” kimi güclü komandalara qarşı oynayacağıq. Onlar güclüdü, amma proqnoz vermək istəmirəm. Ancaq mən güclü komandalara qarşı oyunlar olanda sevinirəm. Çünki bu hamımız üçün böyük təcrübədi.

- Azərbaycanlı azarkeşlər “Spartak”- “Legiya” matçına baxacaq?
- Əlbəttə. Özü də həmin oyunu ölkəmizdə göstərəcəklər.

- Deyəsən, sizin üçün vacib oyun olacaq..
- Dediyim kimi hər oyun vacibdi. Yaxşı başlamaq həmişə yaxşıdı. Baş hakimin final fitini gözləyirəm. AL-də 6 oyun bizi gözləyir. Hər şey necə olacaq? Son oyunda görəcəyik.

- Hamı sizi son təsnifat mərhələsi oyununun qəhrəmanı hesab edir...
- Amma mən qəhrəman olduğumu düşünmürəm. Mən oyundan zövq alıram, futbolu sevirəm. Meydanda oluramsa, mənim üçün zaman dayanır. Bütün gücümü meydanda qoyuram, ancaq qol vuranda qəhrəman olduğumu düşünmürəm. Bugünki gündə hücumçunun vəzifəsi fərqlidi. Kimin qol vurmasının önəmi yoxdu. Əsas odu hərəkətli olasan, komanda yoldaşların üçün yaxşı imkan yaradasan. Sürətimdən istifadə etmək istəyirəm. Əlimdən gələni edirəm. “Slaviya” və “Bodo-Qlimit”lə matçlarda qol vurdum. Hər halda bu durumdan asılıdı. Bəzən çox sıx oynayan komandalara qarşı oynayırsan və manevr etməyə yer omur. 

​(Legia.net)

 

Xəbər xətti