"Səbail" legionerinə instaqram vasitəsilə təklif göndərib

13:10 - 24 Sentyabr 2021

2017/2018 mövsümündə “Səbail”in formasını geyinmiş Ayrton Statyi Niderland mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, Kuraçao millisinin üzvü instaqram vasitəsilə “Səbail”dən təklif aldığını etiraf edib:

“Səbail”dən təklif instaqram vasitəsilə gəlmişdi. Ölkəni görməyim üçün klub mənə bilet göndərdilər. Mənimlə elə davranırdılar ki, sanki ulduzam. Oradakı həyatım yaxşı idi. Maaşlarımın hamısını aldım.

Bir dəfə məşqdən sonra nağd maaş verdilər. Onu da dərhal sevgilimə verdim. O da şəxsi şoferimizlə birlikdə həmin pulu evə apardı. Dediyim kimi, Azərbaycanda vəziyyətim çox yaxşı idi”.

Xəbər xətti