Nuriyevin komandası evdə uduzdu

12:26 - 25 Sentyabr 2021

Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

 

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.

 

“Kolos” 9 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Xəbər xətti