"Aston Villa"nın futbolçusu Polşa millisində oynayacaq - FIFA-dan müsbət cavab

22:00 - 26 Oktyabr 2021

İngiltərənin "Aston Villa" klubunun futbolçusu Metti Keş Polşa yığmasında oynayacaq.

 

Sportal.az xəbər verir ki, Polşa Futbol Federasiyası 24 yaşlı müdafiəçini milliləşdirməklə bağlı FIFA-dan müsbət cavab alıb. Keşin anası Polşa, atası isə İngiltərədəndir.

 

“Uikomb Uondorers”in yetirməsi olan futbolçu 2020-ci ildən Birmingem klubunda çıxış edir.

Xəbər xətti