"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə də bizim üçün yaxşı nəticə idi"

11:54 - 27 Oktyabr 2021

"Qarabağ” kimi rəqiblərə qarşı oynamaq xoşdu. Bu komanda avrokuboklarda uğurlu çıxış edir və nəticələrilə ölkənin ən güclüsü olduğunu göstərir. Biz də onlara qarşı yaxşı oynayıb, qalib gəldik”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Nikolas Raysel deyib.

“Səbail”in forvardı Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ”a qalib gəldikləri matç haqda danışıb. Ağdam klubu ilə görüşdə komandasının ilk qolunu vuran fransalı həm vurduğu qol, həm də oyun haqda fikirlərini bildirib: “Oyunla bağlı planımız var idi və bütün futbolçular həmin plana uyğun hərəkət edirdi. Qalib gəldiyimizə görə xoşbəxtik.

Əldə edilən 3 xal ən yaxşısı oldu. “Qarabağ”la evdə bərabərə qalmaq da yaxşı nəticə idi. Amma biz yaxşı oynayaraq qalib gəldik. Çalışacağıq ki, pozitiv olaq və uğurlu nəticələrə davam edək".

Xəbər xətti