Rusiya millisinin üzvü Aleksey Mirançuk “Sevilya”ya keçə bilər.
Sportal.az xəbər verir ki, “Atalanta”nın yarımmüdafiəçisi karyerasını İspaniyada davam etdirməyə yaxındı.
Əndəlus təmsilçisi qışda Mirançuku icarəyə götürə bilər. “Lokomotiv”də çıxış etdiyi dövrdən Mirançukla maraqlanan “Sevilya” transfer məsələsində “Atalanta”dan gec hərəkət etdiyinə görə keçid baş tutmamışdı.