Azərbaycan Premyer Liqası: XIII turun oyunları sükutla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovun "Report"a verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, I Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.

 

"Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk", - PFL rəsmisi bildirib.

 

Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, XIII turun oyunları 4 - 5 dekabrda gerçəkləşəcək.

Tarix: 30 Noyabr [17:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio