"Legiya"nın çalışdırıcısı: "Mahirin meydana daxil olmasından sonra..."

12:08 - 2 Dekabr 2021

"Legiya"nın baş məşqçisi Marek Qolembevski Polşa kubokunun 1/4 final mərhələsinin "Motor"la(2:1) oyunundan sonra danışıb.

Sportal.az xəbər verir ki, polşalı mütəxəssis matçda sonradan daxil olan Mahir Emreli barədə də fikirlərini bildirib:

"Çətin oyun oldu. Kubok oyunlarının öz qanunları var. "Motor" bizi çətin duruma saldı. Mahir Emreli və Filip Mladenoviçin meydana daxil olmasından sonra, rəqib üzərindəki üstünlüyümüz açıq-aşkar idi. Bir neçə yaxşı qol imkanı yaratdıq. Xoşbəxtlikdən onlardan yararlandıq. Vurduğumuz 1 qolu isə oyundankənar vəziyyət olduğuna görə qeydə almadılar. Ardıcıl 2-ci qələbəmizi qazandıq".

Xəbər xətti