"Zirə" Macarıstan klubuna məğlub oldu

18:53 - 13 Yanvar 2022

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanıında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Macarıstanın "Peç" klubu ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsiylə başa çatıb. "Zirə"nin heyətində Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov fərqlənib.

 

Qeyd edək ki, "Zirə" yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq.

Xəbər xətti