"Qarabağ"ın rəqibi hücumçusunu satır

16:51 - 17 Yanvar 2022

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" Dario Benedetto ilə yollarını ayırmağa qərar gəlib.
 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu "Boka Xuniors"a qayıtmaq qərarına gəlib. Argentina təmsilçisi futbolçunun keçidi üçün artıq "Marsel"lə razılaşıb. Transfer 2,5 milyon avroya başa gələcək.
 

Qeyd edək ki, "Qarabağ"ın "Marsel" ilə ilk görüşü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə baş tutacaq.

Xəbər xətti