Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçu cəb edir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb. 23 yaşlı portuqaliyalı futbolçu "Qalatasaray"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Jedson Fernandeş ötən mövsümün ikinci yarısında da "Qalatasaray"da icarədə olub.