Millimizin müdafiəçisi Qvardiolanı ən yaxşı adlandırdı - FOTO

Azərbaycan milli komandasının və "Zirə"nin müdafiəçisi Təmkin Xəlilzadə instaqram profilində paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real"ı məğlub edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın şəklini paylaşıb. Təcrübəli sol cinah müdafiəçisi ispaniyalı mütəxəssisi "ən yaxşı" adlandırıb.

 

Qeyd edək ki, "Mançester Siti" - "Real" görüşü ingilislərin 4:3 hesablı qələbəsiylə başa çatıb.

 

Tarix: 27 Aprel [12:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio