Stadionun qarşısında ulduz futbolçunun heykəli inşa olundu - FOTO

"Mançester Siti"nin ev oyunlarını keçirdiyi "Etihad Stadionu"nun qarşısında Serxio Aqueronun heykəli inşa olunub.

 

Sportal.az xəbər verir ki, bu, "şəhərlilər"in 2012-ci ildə qazandığı İngiltərə çempionluğunun 10 illik yubileyinə ithaf olunub. Məlumatı klubun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, "Mançester Siti" 2012-ci ilin 13 may tarixində Premyer Liqanın son turunun QPR-lə oyununun 93.20-ci dəqiqəsində argentinalı hücumçunun vurduğu qolla 44 illik fasilədən sonra ölkə çempionu olmuşdu.

 

Tarix: 13 May [11:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2022
20  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio