Şəhriyar Məmmədyarov məğlub oldu

Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turniri davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da yarışda növbəti görüşünü keçirib. Dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster  ABŞ təmsilçisi Lenyer Domingesə 43-cü gedişdə uduzub.

​Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic"in qalibi Şəhriyar Məmmədyarov olub.

Tarix: 13 May [20:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio