“Mançester Yunayted”dən ayrılan Edinson Kavaninin İspaniya Primerosunda oynamaq ehtimalı yüksəkdi.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, o, “Rayo Valekano”ya təklif edilib.
İspaniya klubunun rəhbərliyi 35 yaşlı forvardı xidmətində maraqlı olsa da, maaşının yüksək olması səbəbindən bu təklifdən imtina ediblər.
Kavani "Atletiko", "Sevilya", "Vilyareal" və "Real Sosyedad"la da danışıq aparır.