Azərbaycan millisi FİFA reytinqində irəlilədi

12:08 - 23 İyun 2022

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, millimiz bir pillə irəliləməyi bacarıb. Əslində, Azərbaycan millisinin xal hesabı dəyişməyib.

Sadəcə olaraq, Antiqua və Barbudanın geriləməsi millimizi bir addım irəliyə salıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv hazırda 1127 xalla 128-cidi. Millimiz Latviya (129) və Toqonu qabaqlayır.

Reytinq cədvəlinə Braziliya başçılıq edir.

Xəbər xətti