PSJ qapıçısının İngiltərəyə yollanmasına icazə verdi

21:34 - 27 İyun 2022

 

"Vest Hem" Alfonso Areolanın transfer hüququna sahib çıxıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi PSJ ilə danışıqları müsbət yekunlaşdıra bilib.

Müqaviləyə əsasən fransalı 2027-ci ilə qədər "Vest Hem"ə məxsus olacaq.

Ötən mövsüm isə Areola İngiltərə klubunda icarə əsasında çıxış edib.

29 yaşlı qapıçı karyerası ərzində “Lans”, “Bastiya”, “Vilyarreal”, “Real”, “Fulhem” klublarının qapısını qoruyub.

Xəbər xətti