27-28 iyun tarixlərində İsveçrənin Sürix şəhərində UEFA-nın klub yarışlarında rəsmi şəxslər qismində çalışan şəxslər üçün seminar təşkil olunub.
Sportal.az xəbər verir ki, seminarda UEFA Matç Direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da iştirak edib.
Seminar zamanı iştirakçılara mövsümlə bağlı təlimatlar təqdim olunub və qaydalarda baş vermiş dəyişikliklər müzakirə edilib.
Tarix: 28 İyun [18:28]
|
|
Müəllif: Sportal.az
|