Azərbaycan millisinin heyəti açıqlandı

11:26 - 9 Avqust 2022

Avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandası 2 yoldaşlıq oyununda gücünü sınayacaq.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan yığması ilə qarşılaşacaq. Hər iki matç saat 18:00-da start götürəcək.

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd futzalçıları dəvət edib.

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).

Xəbər xətti