"Turan Tovuz" kamerunlu hücumçu transfer etdi

00:10 - 10 Avqust 2022

"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı kamerunlu hücumçu Runi Eva ilə 1 illik müqavilə bağlanıb.

Karyerasına vətənində “Apeje”də başlayan Runi Yunanıstanda “Veria”, “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) uğurları üçün çalışıb.

Xəbər xətti