"Barselona" əsas heyətə düşə bilməyən Jerar Pike ilə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, bu, baş versə, Kataloniya təmsilçisi heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirəcək.
"Barselona"nın əsas transfer hədəfi "Atletik"də çıxış edən İniqo Martinesdir. 31 yaşlı müdafiəçinin Bilbao təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Barselona" azad agent statusunda olacaq futbolçu ilə müqavilə imzalamağı düşünür.
Qeyd edək ki, İniqo Martines "Atletik"ə 2018-ci ilin yayında "Real Sosyedad"dan transfer olunub. İspaniyalı futbolçu cari mövsümdə komandanın heyətində 2 La Liqa matçında meydana çıxıb.