Milli "Şamaxı"ya qalib gəldi

18:41 - 24 Sentyabr 2022

Bakıdakı təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Şamaxı”nın U-17 komandası ilə qarşılaşma 5:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

 

Millimizin heyətində Sadiq Məmmədli (2), Eltun Babazadə, Ömər Kərimov və Ziya Şəkərxanov fərqlənib.

Xəbər xətti