Messi: "DÇ-2022 oynayacağım son dünya çempionatı olacaq"

20:06 - 6 Oktyabr 2022

Bu il Qətərdə keçiriləcək dünya çempionatı Argentina millisinin kapitanı Lionel Messi üçün sonuncu mundial olacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə PSJ-nin ulduzu özü açıqlama verib. 35 yaşlı hücumçu Qətər-2022-nin onun üçün son dünya çempionatı olacağını deyib: 

 

"DÇ-2022 oynayacağım son dünya çempionatı olacaq. Artıq qərar vermişəm".

 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək. Argentina yığması C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.

Xəbər xətti