"Qəbələ" "Səbail"i məğlub etdi, "Sabah" "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB

18:53 - 3 Dekabr 2022

Azərbaycan Premyer Liqasında 16-cı turun görüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün turun daha iki qarşılaşması baş tutacaq.

 

Günün ilk oyunu Qəbələdə keçirilib. Burada şəhərin eyniadlı komandası paytaxtın "Səbail" klubunu sınağa çəkib. Matç "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Günə Masazırda yekun vurulub. Burada isə ikinci pillədə olan "Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

3 dekabr (şənbə)

“Qəbələ” – “Səbail” 2:1

Qollar: Feras Abu Akal, 35, Ülvi İsgəndərov, 63 - Kizito Luvaqa, 4
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 14:30

 

“Sabah” – “Şamaxı” 1:1

Qol: Kristian Sebalyos, 2 - Fuad Bayramov, 88

Qırmızı vərəqə: Kristian Sebalyos, 25 - Elçin Mustafayev, 75
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
“Bank Respublika Arena”, 17:00

Xəbər xətti