Braziliya millisində Neymar müəmması

13:42 - 3 Dekabr 2022

DÇ-2022-nin qrup mərhələsinin Serbiya ilə matçında (2:0) zədələnən Neymarın 1/8 final mərhələsində oynayıb-oynamayacağı bilinmir.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin hücumçusu hələ topla məşqlərə başlamayıb. Yığmanın həkiminin bildirdiyinə görə, 30 yaşlı futbolçu bu gün kollektivlə məşqlərə qoşulmalıdır. Neymarın Cənubi Koreya ilə 1/8 final matçında hazır olma ehtimalı var.

 

Braziliyanın digər zədəli futbolçusu Aleks Sandro isə artıq kollektivlə hazırlıq prosesinə qoşulub. Onun Cənubi Koreya ilə oyunda meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, Braziliya - Cənubi Koreya qarşılaşması 5 dekabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti