PSJ-də daha bir mərakeşli

14:30 - 31 Yanvar 2023

"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş "transfer pəncərəsi" bağlanana qədər PSJ-yə keçidini tamamlamaq üçün Parisə uçub.

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, mərakeşli futbolçu Fransa nəhəngində icarə əsasında oynayacaq.

PSJ-nin müdafiəçisi Hakimi də Ziyeşin bu komandaya keçəcəyini təsdiqləyib. 

​29 yaşlı futbolçu "Herenven", "Tvente", "Ayaks"da oynadıqdan sonra 2020-ci ildə "Çelsi"yə keçmişdi.

Xəbər xətti