Elmar Baxşıyev: "Baş hakim Vüqar Həsənli layiqli qələbə qazandı"

17:38 - 1 Fevral 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində doğma meydanda "Sabah"a 0:3 hesabı ilə məğlub oldu.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablanıdrıb:

 

- Özümə söz vermişdim ki, hakimlər barədə danışmayacam. Amma danışmağın vaxtı çatıb. Baş hakim Vüqar Həsənli layiqli qələbə qazandı. Əlindən gələnin ən yaxşısını etdi, Gəncədə də qapımıza verilən ilk penalti mübahisəli idi. Hakimlər bizə qarşı fərqli yanaşırlar. Ruan Renatoya verilən ilk sarı yanlış idi. Hakimlərin verdiyi qərarlar futbolçularda qıcıq yaradır.

 

- İkinci hissədə komandanız toparlana bilmədi. Bu, nə ilə bağlıdır?

- Futbol emosiya oyunudur. Futbolçular da hakimlərin etdiklərini görürlər. Ruanı sakitləşdirmək çətin idi. Oyunçularıma tövsiyə edirəm ki, belə hallara çöx önəm verməsinlər. Bu, ilk dəfə deyil. 

 

- Ruan Renatoya cəza verəcəksiz?

- Ona haqsız yerə sarı veriblərsə, biz onu necə cəzalandıra bilərik? Əgər yanlış qərar verən hakim növbəti turda təyinat alırsa, biz Ruana niyə cəza verək?

 

- Yaovi Akakpo oynamağa hazırdır?

- Durumu yaxşıya doğru gedir. Gələcək matçlarda ona şans verəcəyik.

 

- Hakim səhvləri davamlı baş versə, nə edəcəksiz?

- Hakim barədə çox danışmaq istəmirəm. Onlar komandaya mənfi mənada qıcıq verirlər.

 

- Komandanızda aqressvilik hiss olunur. Bununla bağlı futbolçularla fərdi söhbət edirsiz?

- Komandanın aqressiv olmağını özüm tələb edirəm. Futbolçular istəkli olduqlarını hiss etdirməlidirlər.

 

- Bakıda məskunlaşmağın komanda üçün mənfi və ya müsbət hansı təsirləri var?

- Yeddi ildir Bakıda məskunlaşmışıq. Bu, bizim üçün yenilik deyil.

 

- Qış fasiləsindən sonra iki oyunda beş qol buraxmısız. Müdafiədəki boşluqların səbəbi nədir?

- Onu biz də görürük, hiss edirik. Komanda olaraq bunun üzərində çalışırıq. Danışsaq, çox uzun mövzudur.

 

- Transfer gözlənilir?

- Gözalənilir. Yaxın günlərdə bir yeni oyunçu ilə heyəti gücləndirəcəyik. Hücumameyilli futbolçudur. Müqavilə hələ imzalanmadığına görə ad çəkə bilmirəm.

 

- Qarşıda "Zirə" ilə matçınız var və iki mərkəz müdafiəçisi cəzalı durumu düşdü. Bu, komandaya necə təsir edəcək?

- Futbolçularım iradəlidirlər. Dəfələrlə olub ki, hücumçu müdafiəçini layiqincə əvəz edib.

 

- "Neftçi" - "Zirə" matçında hansı nəticənin qeydə alınmağını istəyərdiz?

- Heç bir nəticənin mənim üçün fərqi yoxdur. Məni öz komandamın oyunu düşündürür.

 

Elçin Əlixan

Xəbər xətti