Milli komandanın baş məşqçisi açıqlandı

19:15 - 7 Fevral 2023

Futbol üzrə Qətər milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Asiya təmsilçisini Karlos Keyroş çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karlos Keyroş son olaraq İran yığmasını çalışdırıb. Portuqaliyalı məşqçi DÇ-2022-dən sonra postunu tərk edib.

Xəbər xətti