"Araz Naxçıvan" gürcü müdafiəçi transfer etdi

20:18 - 7 Fevral 2023

I Divizionda mübarizə aparan "Araz Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Nikolaz Baçaliaşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcü futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nika Baçaliaşvili daha əvvəl "Qələbə" və "Kəpəz"dən çıxış edib. 20 yaşlı müdafiəçinin son klubu Gürcüstanda "Spaeri" olub. Nikolaz Azərbaycanın U-17, U-19 və U-20 millilərinin sabiq üzvüdür.

Xəbər xətti