Türkiyədəki zəlzələnin canlı şahidi: "O binadan sağ çıxdığıma inana bilmirəm"

19:17 - 8 Fevral 2023

Türkiyə Superliqasının təmsilçilərindən olan "Adana Dəmirspor"un norveçli futbolçusu Fredrik Gulbrandsen baş verən zəlzələ zamanı başına gələnləri danışıb.

Sportal.az xəbər verir ki, Norveçin "Dagbladet"ə müsahibə verən 30 yaşlı hücumçu Adanada yaşadığı 15 mərtəbəli binadan necə çıxdığını bildirib:

"Zəlzələ zamanı mənzildə ayaq üstə dayanmağa çalışdım. Çox yelləndiyim üçün bunu bacara bilmədim. Ona görə sürünməyə başladım. Elə sürünərək bir neçə paltarı götürüb, pilləkənlərə tərəf yaxınlaşdım. Daha sonra isə pilləkənlərdən qaçaraq binadan çıxdım. O binadan sağ çıxdığıma hələ də inana bilmirəm. Çölə çıxdığım zaman bir çox insanın mənim kimi mənzillərindən qaçaraq, çöldə səpələndiiyni gördüm. Amma çöldə çox qalmadıq. Norveçli komanda yoldaşım Yonas Svenssonun ailəsinə zəng edib, onları da özümlə götürüb klubun bazasına yollandıq".

2019-cu ildə “Başakşehir”ə keçmiş norveçli mövsümün əvvəlində “Adana Demirspor”a transfer olunub.

Xəbər xətti